SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, R.Allahverdiyev küçəsində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əhmədli Cəlil Bəkir oğlu piyada keçidi olmayan yerdə yolun qarşı tərəfinə keçərkən onu 176 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
BAKU.WS