SİZİN REKLAM BURADA!
055 213 76 73


"Toppuş bacı" kimi tanıdığımız və xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı onunla bağlı fikirlərini bölüşüb.

BAKU.WS
xəbər verir ki, Röyal aktrisa ilə sevərək ailə qurduğunu və evliliyin necə baş tutduğunu açıqlayıb:

"Mən ailə quranda sual verirdilər ki, sevib ailə qurmusan, yoldaşını sevirsən? Onu ilk gördüyüm gün anladım ki, bu xanım körpəmin anası olmalıdır! Biz bir yerdə işləyirdik, hər gün ona bir gül alıb qarşında dayanırdım. Bir gün cəsarətimi topladım və onu tanımaq istədiyimi söylədim, sağ olsun ki, təklifimi yerə salmadı.

Beləcə, ilk addımı atmış olduq və mən aşiq olduğumu anladım. Onu görəndə hər şeyi unudurdum, hətta özümü belə. Bir gün qalan həyatımızı birlikdə keçirməyi təklif etdim, çünki o mələyin daima yanımda olmasını istəyirdim. Evlilik təklifimi qəbul etdi və biz evləndik. Beləliklə, ikimiz yeni bir həyata başladıq.

Bu insan bütün ömrünü mənə həsr etdi, yalnız mənim üçün yaşadı. Çətin anlarda belə mənə deyirdi ki, Röyal yemək ye, istirahət et, yorma özünü. Belə bir mələyi necə sevməmək olar, belə bir insana necə valeh olmamaq olar. Bəlkə də zaman-zaman onu üzdüm, amma o, məni əsla üzmədi. Evləndiyimiz gündən bəri yalnız bir gün ayrı qalmışıq. Bir də xəstələnəndə.

O, mənə özü kimi mələk bəxş etdi və məni dünyanın xoşbəxti etdi. Mən ona hər gün bir daha çox aşiq oluram, hər gün yenidən tanışmış kimi sevgim bir qədər də artır. Çox şanslı kişiyəm ki, belə bir həyat yoldaşım var. Səni çox sevirəm, nə yaxşı ki, varımsan. Bu sevgidən saatlarla yaza və danışa bilərəm, səni çox sevirəm, mənim hər şeyim".

Xatırladaq ki, Tünzalə Əliyeva və Röya 7 iyul 2013-cü ildə evləniblər. Cütlüyün bir qızı var.

Aysel
BAKU.WS
QALEREYA