SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda yaşayış evinə basqın olub.

BAKU.WS
-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 74 yaşlı Zamin Musayevin yaşadığı evə girən 3 maskalı şəxs onun və həyat yoldaşı, 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu və ağızlarını yapışqan lentlə bağlayaraq mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS