VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gördüyünüz kimi, çox çətinliklə rəqiblərimə qalib gəldim. Sözsüz, istərdim ki, daha asan qalib gəlim. Ancaq hər görüşün öz çətinliyi var. Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. 

BAKU.WS xəbər verir ki, bunu II Avropa Oyunlarında finala çıxan sərbəst güləşçimiz Hacı Əliyev deyib.

O deyib ki, bu qələbəni hərbçilərə həsr edir:

“Səhərdən elə düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, Olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə ona qalib gəlim.

Çalışıram ki, rəqib idmançılara xal verməyim. Əksinə özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar.

Bu gün gözəl gündür, Silahlı Qüvvələr günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm”.
BAKU.WS