SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan hərbçilərinin növbəti qrupu Əfqanıstana göndərilib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.
BAKU.WS
VİDEO

QALEREYA