055 213 76 73
Iclasdan sonra qitə futbol qurumunun sloveniyalı rəhbəri Aleksander Çeferin jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?
- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.
- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?
- Məsafə ilə götürsəniz, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr.
- Ermənistan mətbuatı yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni depuatatlara keçdi. Siz bu barədə dəqiq nə deyə bilərsiniz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.
BAKU.WS