SİZİN REKLAM BURADA!
055 213 76 73


Oğuzda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, hadisə gecə saatlarında Oğuzun Dəymədərə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və iki hissəyə bölünüb.

Qəza nəticəsində sürücü Samir Qasımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO

QALEREYA