SİZİN REKLAM BURADA!
055 213 76 73


“Time” Biznes Mərkəzi sizə və komandanıza ideal şərait təqdim edir. Ən tələbkar zövqləri belə qane edəcək konseptlə qarşınızdayıq. Biz mərkəzdə yerləşirik. Bu isə iş görüşlərinə tıxacsız, problemsiz, vaxtında çatmağa imkan verir. Hətta bəzi nöqtələrə piyada belə gedə bilərsiniz. 

“Time” Biznes Mərkəzinin ön büro əməkdaşları sizi gülərüzlə qarşılayıb müvafiq qaydada yönləndirəcəklər. 


Qonaqların və işçi heyətinin rahatlığı üçün 1-ci və 2-ci mərtəbədə “La Cimbali”, “Frenox”, “Imalat”, “Angelo” kimi tanınmış dünya brendlərinə məxsus avadanlıqla təchiz edilmiş kafe və restoran fəaliyyət göstərir. 


3-cü mərtəbədə sizi ümumi sahəsi 300 m2 təşkil edən müasir iclas və konfrans otaqları gözləyir. 4-cü mərtəbədən başlayaraq 11-ci mərtəbəyə qədər sizin tələblərinizə cavab verən, istənilən ölçüdə ofis sahələri mövcuddur.

Əmin ola bilərsiniz ki, sizin iş şəraitinizi və rahatlığınızı heç nə poza bilməz. “Time” Biznes Mərkəzinin beynəlxalq standartlara cavab verən müasir səs izolyasiyası sistemləri Bakı küləyinin səsini ofisə buraxmır. 

Ümumi sahəsi 13,000 m2 olan “Time” Biznes Mərkəzi  dünyaca məşhur konsaltinq şirkəti “MEP Mühendislik, Teknik Müşavirlik ve Tic. Ltd. Şti.” tərəfindən layihələndirilib. 


Havalandırma sistemi Amerika İstilik, Soyutma və Havalandırma Mühəndisləri Cəmiyyəti (ASHRAE) və  Avropa Standartlaşdırma Komitəsinin (EN) standartları əsasında qurulub.

Mövsümlər arası dövrdə ofisinizin hava şəraitinə özünüz nəzarət edə biləcəksiniz. Bunun üçün müasir dövrün ən son isitmə/soyutma texnologiyası VRF (Dəyişən soyuducu freon axımı) köməyinizə gələcək. 

Bütün iclas otaqları tam avtomatlaşdırılmış, nəzarət oluna bilən VAV (Dəyişkən hava həcmləri) sistemi ilə təchiz olunub. 

Xüsusi avadanlıq sayəsində “Time” Biznes Mərkəzində hər zaman təmiz hava hökm sürur. Bu da ofisin içində hər mənada sağlam ab-hava yaradır. 
Qışda isə heç kəs soyuqdan şikayət etməyəcək. Çünki istilik sistemi dekorativ tavan tipli konvektor vasitəsilə təmin olunur. 


Binada ABŞ  Milli  Yanğından Mühafizə Assosiasiyası (NFPA) və yerli normalara uyğun yanğından mühafizə sistemi, o cümlədən, sprinkler, yanğın şlanqları, açılış klapanları və tüstüyə nəzarət sistemləri mövcuddur. 
 
Yanğına davamlı aşağı voltlu kabel və boru sistemləri isə sizin təhlükəsizliyinizi bir daha sığortalayır.

Binanın hər mərtəbəsində avtomatlaşdırılmış panellər və nəzarət qurğuları vardır. 


Müasir video müşahidə, telefon və televiziya sistemləri isə sizin işinizi daha da asanlaşdıracaq. 

Bütün Bakıda işıq olmasa belə bizim bütün binanı 24 saat fasiləsiz enerji ilə təchiz etmək imkanımız vardır. 

Ofisiniz müşahidə kameraları vasitəsilə fasiləsiz nəzarət altında olacaqdır.  

Bəli, bu məkanda gözəllik və zövq artıq ən son texnoloji göstəricilərlə birləşmişdir. 

Bundan isə yararlanmaq zamanıdır!

[email protected]

Əlaqə: +99412 565 9900
+99470 565 9900


Instagram: https://www.instagram.com/time_business_centre/ 
Facebook:  https://www.facebook.com/timebusinesscentre/
BAKU.WS
QALEREYA