VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə “Itunes Top 100” siyahısına düşən ilk azərbaycanlı müğənni olub. 

BAKU.WS xəbər verir ki, həmyerlimizin “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində ifa etdiyi "Truth" mahnısı "Worldwide iTunes Song Chart"-da 25-ci yerə qədər yüksəlib. Sıralamada 24-cü yerdə Madonna və Quavonun "Future" mahnısı yer alır. Bundan başqa "Truth" mahnısı  "Spotify media player"-də yarım milyondan çox mütəmadi dinləyici kütləsi yığa bilib. 

Qeyd edək ki, “Eurovision 2019” musiqi yarışmasında 7-ci yerə çıxıb.

Lalə Ramizqızı
BAKU.WS
QALEREYA