SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, model sevgilisi ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Taha Tatlıcı Günay Musayevanı və onun oğlunu döyüb. Buna dözə bilməyən model də bıçağa əl atıb.

Bıçaqlanan Taha Tatlıcı model sevgilisini məhkəməyə verib. Model isə hadisə barədə bildirib ki, oğlunu və özünü qorumaq üçün sevgilisini vurub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, azərbaycanlı model Günay Musayeva əvvəllər “Yaprak dökümü” serialının Oğuz obrazı ilə məşhurlaşan Tolqa Karel ilə həyat yoldaşı olub.
BAKU.WS
VİDEO

QALEREYA