SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu "Arsenal"ın yönəticiləri sözün əsil mənasında abdaldırlar”.

BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib.

“Mxitaryan mövzusunu o qədər lazımsız spekulyasiya ertməyə başladılar ki, Məsud Özilə görə "Arsenal"a azarkeşlik etməyi düşünən xeyli sayda azərbaycanlı çox güman ki, dönüb "Çelsi"nin qələbəsi üçün hay-küy salacaq.

Mənim də bu oyuna biletim var, bir neçə gün öncə "Arsenal"ın uğurunu istədiyim halda, artıq "Çelsi"nin qələbəsinin daha arzulanan olduğunu düşünürəm.

Halbuki tərkibində Mxitaryanın oynamasına rağmən məhz Məsud Özilə görə "Arsenal"ın oynununa azarkeşi olmasam da, həmişə daha artıq həssaslıq göstərirdim.

Özili gəlmiş-keçmiş ən texnikalı türk futbolçu hesab etdiyimə görə, özəl simpatiyam var. Doğrudur, gənclik çağlarındakı azarkeşlik sindromundan ümumiyyətlə uzaq olsam da, lakin az-çox futbolu anlayan və müntəzəm oynayan birisi kimi gözəl oyunu dəyərləndirə bildiyimi düşünürəm.

Həm də adamda o qıcıq doğurur ki, bir sürü axmaq əsasən ikinci hissədə meydana çıxan və parlaq oyunu ilə fərqlənməyən bu ermənini Messi, Ronaldo, Robben, Salah kimi əvəzolunmaz futbolçu obrazında təbliğ etməyə başlayıblar. Artıq şüarımı da müəyyənləşdirmişəm:

"Məsud xoş gəldin, ancaq hər şey "Çelsi" üçün! Hətta istisna etmirəm ki, bir az dəliqanlı azarkeşlər daha da irəli gedib:

"Rədd olsun "Arsenal", yaşasın "Çelsi"! şüarını da bağıracaqlar. Əlbəttə, anlayıram, hər ikisi ingilis barmağı, ancaq birisi bu barmağı erməni qatığına batırıb gözümüzə soxursa, biz də bu barmağı layiq olduğu yerə qaytarmayaqmı? Heç olmazsa gözümüzə tuşlanmayan ingilis barmağı təsəllimiz olsun.

Bütün hallarda qazanan futbol olsun, qazanan barış olsun, qazanan dövlətimizin və millətimizin alicənab imici olsun!”.
BAKU.WS