VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtobus sürücülərinin böyülməsi mənzərəsi ilə dəfələrlə rastlaşsaq da, hələ də nəticə çıxara bilmirik. İctimai nəqliyyatda neqativ hallardan sayılan sürücü-sərnişin davaları həmişə cəmiyyətin diqqətindədir və qınaqla qarşılanır. Baş verən son belə hadisə 91 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb. Sürücünün haqlı iradını qəbul etməyən sərnişin ona xəsarət yetirib.

ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Habil Musayev - sürücü: "Saxladım, dedi arxa qapını aç, minim. Dedim yer yoxdu, sərnişinlər də dedi ki, qabaq qapı boşdu gəl min. Minmədi, mən də sürdüm, sonra gəlib saxladı məni vurdu".

Həmin sərnişin daha sonra taksi ilə avtobusun qarşısı kəsir və həmin sürücüyə nalaiq ifadələr işlədir, bu azmış kimi ona qarşı zor da tətbiq edir.

İctimai nəqliyyatda yaşayanan xoşagəlməz müsabibətlərə görə əksər hallarda avtobus sürücüləri günahlandırılır. Lakin yaranan mübahisələrdə sərnişinlərin də payı az olmur. Avtobusu dayancaqdan kənarda saxlatmaq istəyi kimi əsassız tələblər də sürücüləri çətin vəziyyətə salır.

Mütəxəssislər deyir ki, avtobus ictimai yer sayıldığından cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik edən belə şəxsləri daha sərt cəzalandırmaq lazımdır. Paralel olaraq da maarifləndirmə işlərinə də ehtiyac var.

Elməddin Muradlı EKSPERT: "Onları ictimai işlərə cəlb edib, küçə süpürtdürməli, şəkillərini videoları yaymaq lazımdır ki, başqalarına örnək olsun. Görüb çəkinsinlər"

Məsələnin digər tərəfi, sürücünün hüquqlarının pozulması onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməsi ilə bağlıdır. Son dövrlər əksər şəhərdaxili avtobusların kameralarla təchiz edilməsi, belə işlərin araşdırılmasını asanlaşdırıb və sürücülərə qarşı zor tətbiq edən sərnişinlər də hüquqi müstəvidə cəzalarını alırlar.

Anar Ramazanov - vəkil: "Cəmiyyətə qarşı açıq hörmətsizlik olduğundan burada xuliqanlıq əməli var. Eyni zamanda CM-sinin 126, 127, 221-ci maddələrinin tərkibi yaranır"

Müxəsəssislər deyir ki, bu kimi halların qarşısını almaq üçün aidiyyatı qurumları profilaktiki işləri artırmalı, eyni zamanda bütün avtobus xətlərində qaydalara uyğun xidmət göstərməsinə nəzarət etməlidir.
BAKU.WS
VİDEO