VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi sahələrində aparıcı şirkətlər sırasında xüsusi yer sahibi olan “Gilan Holding” 15 - 17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində təmsil olunur. Holdingə daxil olan “Gilan Agro & FMCG” portfeli daxili stendlər və açıq havada yerləşən pavilyonlarında müxtəlif brendlər altında istehsal olunan məhsullarını, eləcə də heyvandarlıq təsərrüfatı nümunələrini təqdim edir. 

Aqrar sahədə innovasiyaların tətbiqi ilə seçilən, məhsulların keyfiyyətinin artırılması üzərində daima çalışan  “Gilan Aqro & FMCG” portfelinə aid geniş stendlərdə süd və süd məhsulları, qazlı və qazsız su, şirələr və konservləşdirilmiş məhsullar, hazır qida, yem, çay növləri və digər məhsullar sərgi iştirakçılarına və qonaqlara nümayiş olunur. 

Ölkənin bölgələrində yerləşən tarlalarda xüsusi diqqət ilə yetişdirilən meyvə və tərəvəzlərin, heyvandarlıq müəssisələrdə beynəlxalq standartlara uyğun saxlanılan mal-qara növlərinin və digər məhsulların müxtəlifliyi əhalinin, iş adamların və xarici qonaqların xüsusi marağını cəlb edir. 
Ötən il ilə müqayisədə, bu il sözügedən sərgilərdə Holdingə aid daha geniş çeşiddə məhsullar təqdim olunub. Bu da onların həm əhalı tərəfindən yaxından tanınmasına, həmçinin xarici şirkətlərlə gələcək faydalı əməkdaşlığın qurulmasına imkanlar yaradır. 

Sərgilərdə təqdim olunan standartlara tam cavab verən, rəqabət qabiliyyətli məhsullar daxili bazarda liderliyini saxlamaqla, həm də "Made in Azerbaijan" brendi ilə Rusiya, ABŞ, Avropa ölkələrinə, eləcə də Yaponiya, Malayziya və digər ölkələrə ixrac olunur. 

Ən çox ziyarət olunan stendlər sırasında maraqlı tərtibatı ilə seçilən “Gilan Holding”-ə aid stend və pavilyonlar üç gün davam edəcək sərgilərdə ziyarətçi və qonaqlara xidmət göstərəcəklər.
BAKU.WS
QALEREYA