VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Kubokunun qalibi müəyyənləşib.

BAKU.WS-in məlumatına görə, finalda "Akhisarspor"a 3:1 hesabı ilə qalib gələn "Qalatasaray" kubokun sahibi olub.

Hesabı 56-cı dəqiqədə "Akhisarspor"un futbolçusu Elvis Manu açıb. 6 dəqiqə sonra "Qalatasaray"ın oyunçusu Mbaye Dianye penaltidən yararlana bilməyib. 75-ci dəqiqədə baş hakim Suat Arslanboğa VAR sisteminə müraciət etdikdən sonra yenidən penalti təyin edib. Buna etiraz edən"Akhisarspor"un müdafiəçisi Migel Lopes ard-arda iki sarı vərəqə alaraq, meydandan qovulub. Penaltini isə Sinan Gümüş dəqiq yerinə yetirib.

88-ci dəqiqədə Sofyan Fequli "sarı-qırmızılar"ı hesabda önə çıxarıb. Oyunda sonuncu fərqlənən isə 90+4-cü dəqiqədə Dianye olub.

Beləliklə, "Qalatasaray" tarixi ərzində rekord sayda - 18-ci dəfə Türkiyə Kubokuna sahib olub.
BAKU.WS