SİZİN REKLAM BURADA!
055 213 76 73


Psixoloqların əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Müəllimlər üçün belə qiymətləndirmənin artıq keçirildiyini deyən nazir müavini bildirib ki, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır:

"Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var".
BAKU.WS