SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı zooparkının ərazisi iki dəfə genişləndirilib. 

BAKU.WS
xəbər verir ki, bu barədə məlumatı saytımıza zooparkda tikinti aparan şirkətin nümayəndəsi verib.

Onun sözlərinə görə, hazırda tikinti işləri davam edir və zooparkın ərazisinin iki dəfə genişləndiyini bildirib:

"Bakı sakinlərinə və qonaqlarına sürpriz hazırlayırıq. Zooparkın ərazisi əvvəlki sahəsindən iki dəfə çox olub. Zooparkın aşağı tərəfində dövlətə məxsus ərazi var idi və dövlət özü bizə o ərazini almağa kömək etdi".

Onu da qeyd edək ki, Bakı zooparkı artıq neçə aydır ki, təmirə bağlanıb.

Lalə Ramizqızı
BAKU.WS
QALEREYA