VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk sənətçisi Yıldız Tılbe dünənki "İnstagram" paylaşımı ilə gündəm yaradıb.

BAKU.WS sabah.com-a istinadən xəbər verir ki, özəl həyatının hər anını sosial media hesablarında paylaşan müğənni dünən səhvən konsert qiymətlərinin yer aldığı iş təqvimini paylaşıb.

Təqvimə baxarkən Tilbenin səhnə qiymətləri izləyiciləri şoka salıb. Məsələn, ifaçının 31 dekabrda Kiprdə 350 min TL qarşılığında səhnəyə çıxacağı ortaya çıxıb.

Yıldız Tilbenin yay konsertlerindən qazandığı məbləğin 5 milyon civarında olduğu məlum oldu.

Konsertlərindən qazandığı bütün məbləğin ortaya çıxdığını görən ifaçı qısa müddətdən sonra paylaşımını silib.

Aysel

BAKU.WS