SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.

BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 

Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.

Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

BAKU.WS