SİZİN REKLAM BURADA!
055 213 76 73


14 may tarixində "Eurovision 2019" mahnı müsabiqəsinə start verilib.

BAKU.WS xəbər verir ki, İsrailin Tel-Əviv şəhərində keçirilən yarışmanın I yarımfilnalı olub.

Final mərhələsinə keçmək uğrunda 17 ölkənin - Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marino təmsilçiləri mübarizə aparıb. 

10 ölkə - Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya təmsilçiləri finala vəsiqə qazana biliblər. 

Mahnı müsabiqəsi Azərbaycan dilində aparıcı və bəstəkar-müğənni Murad Arif tərəfindən şərh olunur. 

Qeyd edək ki, Azərbaycanı Çingiz Mustafayev 16 may tarixində keçiriləcək II yarımfinalda 18 nömrə altında "Truth" mahnısı ilə təmsil edəcək.

Müsabiqənin finalı 18 may tarixində baş tutacaq.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO