SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 11-də Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində gənc oğlan batıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, əraziyə dərhal kater ilə xilasedicilər yolansalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, yardım gələnə qədər batdı", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlı olub. Dalğıclar onun meyitini hələ də tapa bilməyiblər. Axtarış işləri davam etdiriləcək.
BAKU.WS