SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. Daha sonra yanğın başlayıb.

BAKU.WS hadisədən eksklüziv görüntüləri əldə edib. Xəsarət alanlar Gəmiqayırma zavodunun sahilinə çıxarılır. 

Rəsmi məlumata görə, hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan ikisi Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.

Digər yaralılar arasında Xorvatiya, Rumıniya və digər xarici ölkə vətəndaşları da var. “İsrafil Hüseynov” borudüzən gəmisi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə sözügedən şirkətin nümayəndələri çalışırlar. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO