SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, onlardan biri - yanan təyyarədən çıxa bilməyən heyət üzvü Maksim Moiseyevdir.

22 yaşlı Maksim kişilik və cəsarət nümayiş etdirərək son saniyəyədək sərnişinlərin xilas olmasına kömək edib. 

Təyyarə alışarkən salonunun çıxış qapılarının yerləşdiyi hissəsində olan Maksim ən son sıralardakı sərnişinləri evakuasiya edilməsinə cəhd edib. Özü isə alovlar içində alışan təyyarədən çıxa bilməyib.

Maksimi şəxsən tanıyanlar onun qəhrəman olduğunu deyirlər.

Onun ildırım vurmuş təyyarə eniş edərkən sevdiyi qıza yazdığı son mesajı bu olub: "Mən səni sevirəm".

Zülfiyyə Qurbanova

BAKU.WS
VİDEO

QALEREYA