VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkədə iki rusiyalı bloqer olan turist və Azərbaycan polisləri arasında yaranan mübahisə cəmiyyət tərəfindən geniş müzakirələrə səbəb olub. 

Getdiyiniz ölkənin adət-ənənəsi və qayda- qanunları ilə də tanış olmağınız vacibdir. Çünki siz yaşadığınız, öyrəşdiyiniz bir yerdən qaydalarını, adətini bilmədiyiniz başqa yerə müvəqqəti səyahət edirsiniz. Sizi qonaq qəbul edən, sərhədlərini açan ölkənin, adətinə və qanununa hörmət etməyə məcbursunuz. 

Fikrim sizə səyahətlə bağlı öyüd vermək deyil. Məsələ ölkəmizə turist kimi gələn və bloqerliklə məşqul olan  rusiyalı  Ruslan və Elinanın  bizim polislərlə yaşadığı qarşıdurmadır. 

Videonu izləyənlər söhbətin nədən getdiyini bilir. Bilməyənlərə isə deyim ki,  rusiyalı bloqer Elina ilə Ruslan Azərbaycanda onlara qarşı qanunsuz  davranış olduğunu iddia edib və yaşanan qarşıdurmanı videoya çəkib.

Bloqerlər dəniz kənarında gəzdikləri vaxt foto və video çəklişləri zamanı onlara mühafizə xidmətinin əməkdaşı yaxınlaşıb. Buna səbəb isə onların Dövlət orqanları tərəfindən mühafizə olunan obyektin fotosunu və videosunu çəkmələri olub. Onlar iddia edir ki, Azərbaycan polisi onları qanunsuz saxlayıb və narahat edib. 

Videonu sona kimi izlədiyiniz vaxt, hər şey aydın olur. Ümumiyyətlə,  polis ölkəsinə gələn turistlərdən şübhələnərsə, onlara yaxınlaşıb sənədlərini yoxlaya bilər.

Burda qanunsuz heç bir davranışdan söhbət belə gedə bilməz. Bloqerlər videonun girişində onlara maraqlı olan yerlərdə çəkliş etdiklərini və onlara xəbərdarlıq olunduğunu deyir. Lakin irəliləyən dəqiqələrdə onlardan sənədlərini tələb edən polislərə yalan danışmağa başlayırlar.

Əvvəlcə biz heç nəyi yox ancaq dənizi çəkmişik cütlük sonradan daşları və digər şeyləri çəkdiklərini etiraf edirlər. Beləliklə də onlar özlərini ifşa etmiş olurlar. 

Bundan başqa rus turistlər azərbaycan dilini başa düşsələr də, onlardan sənədlərini istəyən polislərə heç nə başa düşmədiklərini deyib. Videonun sonunda azərbaycan dilində danışan polis əməkdaşı ilə Elinanın dialoquna nəzər yetirsəniz bunu aydın görə bilərsiniz. 

Azərbaycan vətəndaşları üçün “ana dilindən başqa xarici dil bilməsi vacibdir”  deyə, bir qanun yoxdur. Turizim inkişaf etdikcə, azərbaycan vətəndaşının ümumdünya dillərini bilməsi isə arzuolunandır. Lakin onu da qeyd etmək lazımdır ki, turistlər üçün kiçik lüğət kitabları mövcuddur və  onlar səyahət etdikləri ölkədə rahat danışa bilsin.  

İstənilən ölkədə təhlükəsizliyi qorumaq üçün polislər turistlərin sənədlərini yoxlayır. Bu onların və ölkə vətəndaşlarının təhlükəsizliyi üçün əhəmiyyətli addıdmdır, burda qanunsuzluqdan söhbət belə gedə bilməz.  

Ölkəmizə gələn turistlərin Azərbaycan Respublikasının qanunlarına tabe olmalıdır. Dövlətin təhlükəsizliyini şübhə altında qoya biləcək hadisələr də bu cür araşdırılmalıdır. 

Yəni, videodan gələn provakasiya iyini hiss etməmək mümkün deyil.

Lalə Ramizqızı
BAKU.WS