SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın Hollivud şəhərində keçirilən "Golden Globe" təqdimat mərasimində maraqlı hadisə yaşanıb.
 
BAKU.WS məlumat verir ki, mərasimdə tanınmış müğənni Ledi Qaqa "Televiziya üçün ən mini-serial və ya filmdə ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. Müğənni adı açıqlandıqdan sonra qonaqların və namizədlərin arasından keçib səhnəyə çıxarkən Leonardo Di Kaprionun əyləşdiyi oturacağı itələyib. Aktyor müğənninin hərəkətindən təəccüblənib. Daha sonra Ledi Qaqa heç nə olmamış kimi yoluna davam edərək səhnəyə çıxıb. 

"American Horror Story" serialının 5-ci mövsümündə baş rollardan birini oynayan Ledi Qaqa mükafatı aldıqdan sonra təəssüratlarını bölüşüb:

"Həyatımın ən möhtəşəm anlarından biridir. Serialın aktyor heyəti mənə imkanlarımı göstərməyə şərait yaratdığı üçün minnətdarlığımı bildirirəm. Çox sağ olun, hər şey üçün".

Qeyd edək ki,  "Golden Globe" mükafatı 1942-ci ildən verilməyə başlayıb. "Golden Globe", "Oskar"dan sonra əsas mükafatlardan biridir.
 
Ayşən Ayxan 
BAKU.WS