VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının müğənni Sevda Yahyayevanın ögey atasını efirə çıxarması ötən gündən müzakirələrə səbəb olub. 

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bir çox sənət adamı Sevdanın fotosunu yayımlayaraq, aparıcının şou xatirinə bu addımı atdığını vurğulayıb və tənqid ediblər. 

Hidayətqızı yayılan tənqidlərə verilişində cavab verib və kövrəlib:

"Pust qovoryatı" mənə misal çəkirsiniz. Xalq artistinin dağıdılmış qəbrini götürür, deyir, hanı bunun əri, uşağı. Demet Akalının qohumu çıxır, Gülbən Ərgəni yerdən-yerə vururlar, Əmrahın, İbrahim Tatlısəsin övladını çıxarırlar... Onlar, Müge Anlı yaxşıdır, hə? Niyə özünüzünkünü qəbul etmirsiniz? Mən sizin özünüzünküyəm... 

Bu layihəni yaratmaq üçün nələrdən keçmişəm. Nə boyda xeyriyyələr, aksiyalar etmişəm. Budur şou? Əgər şoudursa, nə gözəl şou etmişəm. Dostum olmayıb, 2016-cı ildə yıxılanda heç kim şəklimi paylaşıb demədi ki, toxunmayın, yazıqdır. Suriyaya gedəndə, türk əsgəri olmasaydı, bomba partlayıb öləcəkdim. Niyə həmişə başqasını tərifləyirsiz? Türkiyəyə baxıb, "halaldı" deyirsiniz. Bura qatili çıxarıb, üstünə getdim, məni söyürdünüz. 

İctimaiyyətin savadlısını, alimini, akademikini çıxardım ki, fikir deyin. Amma şou oldum? Bəziləri var, onlara üzümü tuturam. Sabah hamınızı bura çağırıram. Sosial şəbəkədə şəkil paylaş yaz, bunu istəmirəm. Tamaşaçıların yerinə sizi oturdacam. Söz verəcəm, danışın. Amma gələcəksiniz? O şounu siz bizə sübut edəcəksiniz.

Sevda Yahyayevaya gələk... "Səni axtarıram" sosial layihədir. Bura xəstə, hüququ pozulan da, mülkü problemi olan da gələcək. Mən də onları öz qızı kimi dinləyəcəm. Mən o kişiyə "ağçaqqal, tüpürüm üzünə" deyib, göndərə bilməzdim. Evimdə o tərbiyəni görməmişəm. Sevdanı da bağlamaq istədim, dostlarına zəng vurdum. Gərək başqa adamlara zəng vurardım".
BAKU.WS
VİDEO