SİZİN REKLAM BURADA!
055 213 76 73


Farina adlı qadın itini tapıb.

BAKU.WS xəbər verir ki, qadının sosial şəbəkə ilə müraciətindən bir qədər sonra itini tapıb.

Hətta onun "Səni axtarıram" verilişinə müraciət etdiyi də məlum olub. Amma Farina verilişə qədər sevimli köpəyinə qovuşub.

Bakıda Farina adlı qadının itini oğurlayıb.

BAKU.WS 
  xəbər verir ki, itinin yoxluğuna dayana bilməyən xanım itini oğurlayan şəxsə videomüraciət hazırlayıb və sosial şəbəkədə paylaşıb: 

"Qurban olum, xahiş edirəm, yalvarıram, kim götürübsə qaytarsın. Mən o itsiz yaşaya bilmərəm. 1000 manat pul verəcəm. Onsuz da sən onu satacaqsan, ya da öldürəcəksən.

Sən ona baxa bilməzsən. O it bizsiz yaşaya bilməz. 4 ildir mənimlədir, onunla nəfəs alıram. Qurban olum, itimi qaytarın. Bu gecə küçədə yatmışam. İti haradan oğurlamısansa, orada yatmışam. 

Ağlamaqdan gözlərim şişib. Özümü öldürmək istəyirəm. Hamı bilir ki, mən onsuz yaşaya bilmirəm, o mənim nəfəsimdir. O oğurlanandan evə getməmişəm. Yalvarıram, nolar, itimi qaytarın!"

Qeyd edək ki, Riki adlı iti Qaçaq Nəbi küçəsi 12 ünvanında Farinanın şəxsi avtomobilinin arxa pəncərəsindən götürüblər. O, itinin oğurlanması ilə bağlı polisə şikayət ərizə yazıb.

İti tapanlardan 050 414 21 68 əlaqə nömrəsinə zəng vurmaq xahiş edilir.
BAKU.WS
VİDEO

VİDEO