VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhəri 162 saylı tam orta məktəbin intihar etmiş 8-ci sinif şagirdi Elina Hacıyevanın adının ətrafında yaranmış söz-söhbətlər bitmək bilmir.

Bununla bağlı News24.az mərhum qızın atası Ədalət Hacıyevlə görüşüb, eksklüziv müsahibə alıb.

Müsahibəni olduğu kimi təqdim edirik:

- Elina sizə məktəblə bağlı hər hansı şikayət etmişdimi?

- Mənim hazırda ikinci ailəm var. Buna baxmayaraq, qızım Elina həmişə evimə gəlib-gedib. Yoldaşım da onu həmişə yaxşı qarşılayıb. Nə istəyibsə, etmişik. Mənimlə çox yaxın olub. Hər gün danışırdıq. İntihar etməmişdən iki gün öncə də söhbət etmişik. Yazışmalarımız da telefonumda var. Mənə heç kim onun əziyyət çəkdiyini deməyib. Bir dəfə insident olmuşdu. Saçını qırmızı rəngə boyamışdı. Anası mənə zəng vurub bu haqda məlumat verdi. Onu məktəbdən götürüb geyim aldım və salona yola saldım ki, saçının rəngini normal vəziyyətə qaytarsın. Bununla da məsələ bağlandı. Üç gün bizdə qaldı sonra isə evə getmək istədi. Anası da dedi ki, göndər, gəlsin. Bir sözlə, qızımla münasibətim həmişə yaxşı olub. Mənə heç vaxt şikayətlər etməyib. Nəsə elə bir şeydən xəbərim olsaydı, məsələyə qarışardım.

- Həyatda bəzi şeylər olur ki, bəzən qız uşaqları atalarına açıla bilmilər...

- Məktəbi haqda da həmişə maraqlanmışam. İstəsəniz səs yazılarını da sizə göstərə bilərəm. Əgər qorxsaydı qorxa-qorxa danışardı. İndi faktlar çıxır ki, Elinanı kimsə döyüb və ya əzab verib. Mənə bu haqda heçnə deməyib.

- Ölümündən sonra Elina təbii ki, özünü müdafiə edə bilməz. Onun olduğu deyilən yayılmış görüntülər haqda nə deyə bilərsiz?

- Mənə hazırda əzab verən elə şeylərdir! Bu gün Səhiyyə Nazirliyində olmuşam, danışmışam! Başa düşürəm, qızımı qaytara bilməyəcəyəm. Amma mənim istədiyim odur ki, balamdan sonra bu zülmü heç bir uşaq çəkməsin. Övladımın adına ləkə yaxırlar, artıq-əskik söhbətlər edirlər. Elina elə uşaq olmayıb. Ailəmiz 13-14 il bundan öncə dağılıb. Amma anası da mən də qızımızı həmişə diqqətdə saxlamışıq. Elinanın adına kimsə nahaqdan söz çıxardırsa, gözünün qabağına öz balası gəlsin. O cür görüntülərə Elinanın adı ilə “Şok” yazıb, internetdə yayırlar. Bu da mənə pis tısir edir!

- Sizcə o görüntülər, eləcə də xoşagəlməz yazılar kimin əli edilir?

- Bilmirəm! Üç-dörd gecədir yatmıram. Oturub, o görüntülərə baxıram və əzab çəkirəm. Balamın məzarına gedirəm. Saf uşaq idi. Onun adına söz çıxardırlarsa, Allah onların bəlasını versin. Bundan artıq nə deyim?

- İntihardan sonra sizin səs yazınız yayıldı. Deyildi ki, təcili yardım vaxtında getməyib və buna görə də xilas edə bilməyiblər.

- Mən onun 3 mərasimini verəndə yanıma bir nəfər gəldi. Başsağlı verdi mənimlə söhbət etməyə başladı. Baxıram ki, üztündə gizli kamera ilə məni çəkir. Ona dedim ki, yas yerinə gəlmisən, bu nə deməkdir ki, məni çəkirsən. Yəni, siz özünüz üçün şou yaradırsınız. Mənim zülmüm, ürək ağrım harada, siz nə edirsiniz... Camaat tamamilə dəyişib! Övladımın ölümünü şoulaşdırmamağı artıq dərəcədə hər kəsdən xahiş edirəm! Onun ruhunu incitməsinlər!

- O hadisədən sonra Elinanı xəstəxanada gördünüzmü?

- Mənə zəng olunan kimi, həmin dəqiqə taksiyə əyləşib, xəstəxanaya getdim. Mənə Elinanın Toksologiyada olduğunu dedilər. Ora çatanda isə gördüm ki, onu xərəkdə aparırlar. Mən birinci dəqiqədən xəstəxanada olmuşam. Anasıgil isə bir az gec gəldilər. Çünki onları məktəbə göndərmişdilər. Onunla MRT, USM-yə girmişik. Daha sonra isə reanimasiyaya qaldırdılar və mənə gözləməyimi dedilər. Reanimasiyanın qapısında dayanan tibb işçiləri məni içəri girməyə qoymadılar. 8-ci Polis bölməsindən 2 polis əməkdaşı Elinanın olduğu otağa girib-çıxdıqdan sonra həmin tibb işçilərinə atası olduğum üçün mütləq onun yanına girməli olduğumu dedilər. Mən içəri daxil olanda vəziyyəti yaxşı idi. Onunla söhbət etmişəm. Düzdür, ağrıları var idi, amma fikri yerində idi.

- Rentgenin nəticələri necə çıxmışdı?

- Dedilər ki, çanağında sınığı var.

- Elinanın həyatı kimin və nəyin qurbanı oldu?

- Vallah bilmirəm. Mən də istəyirəm ki, bilim səbəb nə idi və günahkarlar tapılıb, hüquq çərçivəsində cəzalandırılsınlar!

BAKU.WS