SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.

Virtualaz.org “uapost.us” portalına istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentinin xəbərinə görə, Tatyana Qujva ötən cümə axşamı, aprelin 4-də axşam Vaşinqton bulvarında yerləşən evdə ölü tapılıb.

Polis onun ərini, 31 yaşlı Fuad Paşayevi şübhəli qismində saxlayıb. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.

Hazırda iş Kolumbiya dairə məhkəməsinin sərəncamındadır. Paşayevə qarşı aşağıdakı ittihamlar irəli sürülüb – boğma, azadlıqdan qanunsuz məhrumetmə, əmlakın məhv edilməsi, hücum və daha beş qanundan kənar davranış tərzi.

Tatyana Qujva yanvarın 3-də polisə müraciət edib və bildirib ki, Paşayevin onu öldürəcəyindən qorxur. O deyib ki, üç il birlikdə yaşayıblar və bütün bu müddət ərzində Paşayev alkoqollu içkilər qəbul edərək, həyat yoldaşını döyüb.

BAKU.WS