SİZİN REKLAM BURADA!
055 213 76 73



Paltarların asıldığı ipə yaxınlaşıb, hansı geyim yaxşıdır ona baxır.

Daha sonra bir şalvarı götürüb gedir. Bir neçə dəqiqə sonra yenindən paltar asılan ipə yaxınlaşıb bu dəfə başqa bir paltarı götürüb gedir.

Görüntülər paytaxtın Qaradağ rayon Lökbatan qəsəbəsindəndir. Birinci mərtəbədə yaşayan İsmayıl Balaməmmədov deyir ki, gecə saatlarında tanınmasın deyə başına papaq qoyan bir nəfər onların ipindən paltarlarını oğurlayıb.

Hadisə yerinə polis gəlib baxış keçirib. Zərərçəkmiş İsmayılBalaməmmədov deyir ki, əvvəllər də 4-5 dəfə ipdən paltarları oğurlaNdığı üçün məcbur qalıb əraziyə müşahidə kamerası qurub.

İndi görüntülər əsasında Qaradağ rayon polis idarəsinin əməkdaşları həmin şəxsin axtarışını aparır.

Xəzər TV