SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallı rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı bıçaqlayıb.

Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törədən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS