SİZİN REKLAM BURADA!
055 213 76 73



İki gün əvvəl intihar məqsədilə özünü məktəbin 4-cü mərtəbəsindən aşağı atan 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva öldü.

BAKU.WS xəbər verir ki, 14 yaşlı şagird təxminən 1 saat əvvəl dünyasını dəyişib.

Bu barədə uşaq hüquqları müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Qeyd edək ki, Elina Hacıyeva hadisədən sonra Klinik Tibbi Mərkəzin reanimasiyasına yerləşdirilmişdi. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.

Anası Sevil Hacıyeva qızına məktəbin yuxarı sinif şagirdləri tərəfindən təzyiq edildiyini, bununla bağlı direktor və müəllimlərin məlumatlandırıldığı halda tədbir görülmədiyini deyib.

Zülfiyyə Qurbanova
BAKU.WS