SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın 10 milyonuncu vətəndaşı doğulub.

BAKU.WS Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

BAKU.WS