SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə azərbaycanlı tələbə tibb təhsili aldığı Karamanoğlu Mehmetbey Universitetinin yataqxanasının 5-ci mərtəbəsindən yıxılıb.

BAKU.WS
Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gün 21:30 radələrində Karaman şəhərində qeydə alınıb.

22 yaşlı Həmdəmin Balakişiyev qaldığı otağın pəncərəsindən aşağı düşüb.

Təxminən 15 metr yüksəklikdən beton səki üzərinə düşən tələbə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Tələbə yoldaşları H.Balakişiyevin epilepsiya xəstəsi olduğunu deyiblər. Otaq yoldaşlarının sözlərinə görə, o, hava almaq üçün pəncərəyə yaxınlaşıb, bu zaman qıcolması tutub və müvazinətini itirərək pəncərədən düşüb.

Hamdamin Karaman Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Qurbanova
BAKU.WS