SİZİN REKLAM BURADA!
055 213 76 73



Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən gün günorta saatlarında aeroport yolunda baş verən qəza zamanı “Daewoo” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

BAKU.WS