SİZİN REKLAM BURADA!
055 213 76 73



Şou-biznesin tanınmış nümayəndəsi aktrisa Çimnaz Sultanovanın evindən oğurluq edib.  

BAKU.WS
 xəbər verir ki, "Bizimləsən" verilişində qonaq olan aktrisa oğurluq edən şəxsin yaxın tanışı, eləcə də tanınmış olduğunu bildirib:

"Bir var tanımadığın, bir də var tanıdığın biri sənin evindən oğurluq edir. Böyük rütbəli şəxsin qardaşı qızı evimdə nə qızıl-brilyant vardısa, hamısını aparıb. Tanınmış adamdır, şou-biznesdə hamı onu tanıyır. Yalvarır ki, əmimin, anamın adını heç yerdə çəkmə, 2 ay içində 50 min qaytaracam. Hadisə dekabrda olub, söz verdiyim üçün susdum. Hər yerdə məni "qara siyahı"ya atdı".

Aktrisa efirdən həmin şəxsə üzünü tutaraq artıq susmaq fikrində olmadığını söyləyib:

"Əzizim, mən sənə söz verdiyim kimi susurdum. Amma artıq susmayacam. Kişi qızı kimi polisə müraciət etmədim. Nə də ictimailəşdirmədim. Bu xanımın əmisi yüksək vəzifəli şəxsdir. Hamını öz əmisi ilə qorxudur. Həmin qadın həm də bir millət vəkilinin qohumudur. Anası Əməkdar incəsənət xadimidir. Şou-biznesin bir çox nümayəndəsi həmin qadının dələduzluğunun qurbanıdır. Həmin şəxslər icazə versələr, adlarını açıqlayacam".

Aysel
BAKU.WS