VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xarici işlər naziri Elmar Məmmədyarovun təyyarədə erməni qadınlarla söhbətinin video görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, video təyyarədə çəkilib. Bildirilir ki, nazir erməni qadınların təxribatçı suallarına çox təmkinlə və ağıllı şəkildə cavab verib.

Belə ki, qadınlar Elmar Məmmədyarovdan soruşurlar ki, Azərbaycan tərəfi Qarabağ danışıqlarında həmişə sülh tərəfdarı olduğunu bildirir. Lakin reallıqda bunun əksini görürük. Siz bunu necə izah edirsiz?

Elmar Məmmədyarov qadının sualını belə cavablandırıb:

“Bu sualın cavabı sadədir. Axı Ermənistan hərbçiləri bizim torpaqları işğal ediblər. Ermənistan hərbçiləri Azərbaycan torpaqlarında xidmət edirlər. Sizcə bu düzgündür?”.

Nazirin sualına isə tutarlı cavab verən olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS