SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, hadisə zamanı Məşirov Tərlan Kamal oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Təbriz küçəsində manevr etmək istəyərkən Şabanov Razər Azər oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobilin yoluna çıxıb və qəza qaçılmaz olub. Avtoqəza nəticəsində 3 nəfər - hər iki sürücü və "Hyundai" markalı minik maşınında olan 1992-ci il təvəllüdlü Əlizadə Elçin Hatəm oğlu ciddi xəsarətlər alıb.

Ancaq "Mercedes"in sürücüsünün xəsarətləri daha ağır olub. O, avtomobildə sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib və sürücü avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Məlumata görə, "Hyundai" markalı avtomaşın icarəyə götürülüb. "Mercedes" isə taksi kimi fəaliyyətdə olub.

Hadisənin təfərrüatları Nərimanov polisi tərəfindən araşdırılır.

BAKU.WS