SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.

AZAL-ın "Facebook" səhifəsində yerləşdirilmiş məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizələrini əldə etmək mümkündür.

Zülfiyyə Qurbanova
BAKU.WS