SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda daha bir sürücü avtoxuliqanlıq edib.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxtın Xətai rayonu Nobel prospektində çəkilən videodan aydın olur ki, ''VAZ-2107'' markalı avtomobilin sürücüsü üzü şəhər istiqamətində yol boyu avtoxuliqanlıq edir. Avtomobili gah sağa, gah da sola döndərərək nəqliyyat vasitəsini iki təkər üstündə idarə edir.

O, bu hərəkəti ilə digər hərəkət iştirakçıları üçün real təhlükə yardır.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücünün bu əməli kobud qayda pozuntusudur.
Görüntüləri yayan şəxs iddia edir ki, sürücü avtomobili saxta dövlət nömrə nişanı ilə idarə edib. Yəni avtomobilin dövlət nömrə nişanı standarta uyğun olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə müxtəlif ad və soyadlar, rəqəm və hərflərin olduğu saxta nömrələrin satışı ilə bağlı ''Xəzər Xəbər''də süjet təqdim etmişdik. Həmin nömrələri hazılayan şəxslər bunun suvenir olduğunu və təhlükəli olmadığını qeyd edirdi. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu cür saxta nömrələri hazırlayan və satışını həyata keçirənlər cinayət məsuliyyəti daşıyır.

Vaqif Əsədov bildirdi ki, saxta nömərə ilə avtoxuliqanlıq edən və yaxud hansısa bir cinayət törədib qaçan sürücülər zənn etməsinlər ki, onlar aşkar edilə bilmirlər. Təhlükəsiz şəhər kameraları vasitəsi ilə onlar müəyyə edilib məsuliyyətə cəlb olunurlar. O ki qaldı bu ''VAZ-2107'' markalı avtomobilin sürücüsünə, yol polisi artıq onun axtarışlarına başlayıb.

BAKU.WS