VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 14-də intihar edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin anası Züleyxa Hacıyeva vəfat edib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Züleyxa Hacıyeva martın 31-də dünyasını dəyişib.

Onun yas mərasimi qadının yaşadığı Qədirli 3 ünvanında keçirilib.

Qeyd edək ki, sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

“İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir”, - deyə məlumatda bildirilib.

Ziya SƏCCAD
BAKU.WS