VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkələrdə Bakıda şəxsi villaların birində çılpaq qızları əks etdirən video yayılıb. Videoda kişi ilə eyni masada yeyib-içən, spirtli içki qəbul edən 3 gənc qızın tamamilə çılpaq vəziyyətdə mahnı oxuduğu əks etdirilib. Sözügedən görüntülər cəmiyyətdə böyük rezenans doğurub. Qızlarla bərabər onları çəkib görüntüləri yayan şəxs də ictimaiyyətin qəzəbinə səbəb olub.

BAKU.WS
 xəbər verir ki, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və xalq artisti Flora Kərimova qızları tənqid edənlər tərəfdə olub.

Gənc qızların müdafiəsinə qalxan jurnalist Ülviyyə Alovlu hər iki tanınmışa cavab verib:

"Aparıcı Xoşqədəm Hidayətqızı videosu yayılan məlum üç qız haqda deyib ki: “Onları elə etmək lazımdır ki, insan içinə çıxmağa üzləri olmasın”.
Mən demirəm ki, qızlar düz hərəkət ediblər. Bəli, mental dəyərlər baxımından o xanımlar öz əməlləri ilə gənc ömürlərini, təmiz adlarını puç etdilər.
Amma maarifləndirmədən danışan xanım, sənin heç səhvin olmadımı? Ya bəlkə ərin Doğuş kamera qarşısında heç çılpaq poz vermədimi? Bəs, onda onu niyə bağışladın? Ona ər, övladlarına ata olmaq statusu verdin? Bu gənc qızların da ikinci şansa, səhvlərini anlayıb bağışlanmağa haqqları yoxdurmu?

Xalq artisti Flora Kərimova: “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?! – deyərək, məlum video səbəbkarlarını rəzil edib.

Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin: “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” – deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” - deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?

Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz - tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz?

Ötən ay Prezidentimizin əfv fərmanı ilə vaxtilə qətl törətmiş cinayətkarlar belə əfv edildi. Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki? Nə etdilərsə, özlərinə etdilər...

Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz?

Budurmu maarifləndirmə? Budurmu tərbiyyə?"

Aysel
BAKU.WS