VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Samux rayonunda ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, yanğın yanğın ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb.

Yanğının kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS