SİZİN REKLAM BURADA!
055 213 76 73



Sürücülərin sərxoş halda avtomobil idarə etməsinin qarşısını almaq üçün müxtəlif addımlar atılır, alkotesterə cəlb olunurlar və tez-tez reydlər keçirilir. Amma son günlər narkotik vasitə qəbul edərək sükan arxasına keçən sürücülərlə bağlı faktlar bu sahədə də zəruri addımların atılmasını gündəmə gətirir.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, xüsusilə də Cəlilabadda 3 saylı marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsünün narkotik qəbul edərək avtomobili idarə etməsi məsələni daha da aktıuallaşdırır.

Bəs belə sürücüləri müəyyən etmək üçün hansı tədbirlər görülür?

Yol patrul xidmətinin baş inspektoru Rasim Əliyev deyib ki, sürücü saxlanılarkən əgər şübhəli bir məqam olarsa, o zaman həmin sürücü narkotestrdən keçirilir. Sürücü avadanlığa üfürdükdən sonra onun narkotik maddələrin təssiri altından olub-olmadığını bu qurğu müəyyən edir. Narkotester narkotik vasitələrin 7 növün hər hansısa birindən istifadə edən sürücüləri dərhal aşkara çıxarır.

Yol polisi əlavə edib ki, digər bir fərqli narkotester vasitəsi ilə də sürücülərin narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən edə bilir. Bunun üçün də şübhəli vəziyyətdə sürücü qurğuya üfürdükdən sonra ağzından daxil olan mayenin tərkibində narkotik maddələrin olub-olmamasını bilmək üçün kiçik həcmli narkotesterə daxil edilir.

Təbii ki, narkotesterə heç də bütün sürücülər cəlb edilmir.

Bu, sürücülərin özünü şübhəli aparmasından, yaxud yol patrul əməkdaşlarının peşəkarlığından və ayıq-sayıqlığından asılıdır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər. Bu qayda pozuntusu bir il ərzində təkrar törədildikdə isə, həmin sürücü barəsində 400 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilməklə yanaşı, həbs də edilə bilər.

BAKU.WS