SİZİN REKLAM BURADA!
055 213 76 73



Qusar rayonunda Cağar-Cibir su borusu partlayıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Kanalın Çiləgir kəndi ərazisindən keçən hissəsində borunun partlaması nəticəsində Çiləgir kəndini su basıb. Kanala suyun verilişi dayandırılıb və təmir işlərinin aparılması üçün hazırlıq prosesinə başlanılıb.

Qusar suvarma sistemləri idarəsindən ONA-ya verilən məlumata görə, qısa müddətdə təmir işlərinə başlanılacaq.

Qusar rayon İcra Hakimiyyətindən ONA-ya bildirilib ki, suyun kəndə axması nəticəsində kənd sakinlərinə ziyan dəyməyib.

BAKU.WS