VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:

Ziya Bünyadov prospekti, Böyük Şor, 13 ünvanında yerləşən “İmperial” ticarət mərkəzində – 10 obyekt, 1250 kv. m;

Əlaqələndirici şəxs: Yaşar Teymurov (tel: 050 299 04 09)

Bakıxanov qəsəbəsi, “Aygün” ticarət mərkəzi, 5-ci mərtəbə – 80 obyekt, 6000 kv. m;

Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

Bakıxanov qəsəbəsi, “Meqasiti” ticarət mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 kv. m;

Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza;

Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11)
Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza;

Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55)

6. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar;

Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89)

Qabil Nəhmədov (tel: 050 213 33 68)

7. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər) ;

Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)

8. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.

Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60)

QEYD: İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).

BAKU.WS