SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Şamilovun qardaşı Hüseynbala saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş “TOZ-34” markalı ov tüfəngi götürülüb.

Ziya SƏCCAD
BAKU.WS