SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS