SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kafenin qarşısında bıçaqlanma baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ötən gün gecə 00:15-də, Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən “Legenda” kafesində qeydə alınıb.

Həmin kafedə 1993-cü il təvəllüdlü Binnət Zülfüqar oğlu Zülfüqarov bıçaqlanıb. Onu ürəyindən və qarnından bıçaqlayıblar.

Faktla bağlı Binaqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Cinayəti törədən şəxsin tapılması istiqamətində axtarışlar başlanıb. Araşdırma davam edir.

Ziya SƏCCAD
BAKU.WS