SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yolun hərəkət istiqamətindən keçən piyadanı maşın vurub.

BAKU.WS xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) baş verib.

Yolu keçən şəxs piyadalar üçün qadağan olunmuş hissədən yolu keçməyə cəhd edib. Nəticədə piyadanı “Mercedes E-class” markalı avtomobil vurub.

Vurulan şəxs ciddi xəsarətlər aldığından hadisə yerindəcə dünyasını dəyişib.

Abbas
BAKU.WS