SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan "Yer saatı” beynəlxalq kampaniyaya qoşulacaq.

BAKU.WS-in məlumatına görə, Kampaniya çərçivəsində bu gün axşam saat 20:30-da bir saatlıq paytaxtın mərkəzində işıqlar söndürüləcək.

"Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edən aksiyadır.

Hər il martın son şənbə günündə qeyd olunan bu aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları söndürülür.

BAKU.WS